Nov 02 2019 18:02
Views: 171

Keçmişi özündə yaşadan qədim tarixi-mədəni abidələri mühafizə edərək gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir. Bu fikir Bakıda "Fantazia" Mədəni İrs Festivalı çərçivəsində mədəni irsin qorunmasına dair beynəlxalq konfransda səsləndirliib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Danilidis mədəni irsin qorunmasının vacibliyindən danışıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxışında bu gün mədəni irsin qorunmasının ölkə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross həm dövlət qurumlarının, həm də digər maraqlı tərəflərin mədəni irsin qorunmasında maraqlı olmasının vacibliyini vurğulayıb.

Konfransda “Europa Nostra" təşkilatının Belçikadan olan rəsmisi Piet Jaspaert də mədəni irsin qorunmasının önəmini qeyd edib. Toplantıda Azərbaycanla yanaşı, İspaniyadan və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər. 

Xatırladaq ki, məşhur “Bakı” hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə üst-üstə düşür. 2-ci "Fantazia" Mədəni İrs Festivalı noyabrın 1-dən 15-dək Azərbaycanda keçiriləcək.


Create Account



Log In Your Account