Mar 16 2019 16:30
Views: 259

VII Bakı Qlobal Forumunun 2-ci günündə “Dünya üçün Çinin inkişafı və imkanları” mövzusunda keçirilən panel də maraqlı müzakirələrlə yadda qalıb. Panelin moderatoru, Çin Xalqlar Universitetinin prezidenti Vu Hailonq bildirib ki, hazırda Çin beynəlxalq əməkdaşlığın ən böyük platformasına çevrilib. Panel müzakirələrində “Bir kəmər, bir yol” layihəsindən də danışılıb.  ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel bildirib ki, Azərbaycan bu layihənin döyünən ürəyidir. 
VII Bakı Qlobal Forumu dünyanın müxtəlif ölkələrinin prezidentləri, hökumət nümayəndələri və ekspertlərini bir araya gələrək dünya əhəmiyyətli məsələlərin açıq və konstruktiv müzakirə oluduğu platformaya çevrilib. Azərbaycanın təşkil etdiyi forum böyük əhəmiyyət kəsb etməklə yanaşı, müasir dünyada mövcud olan çağırışlara ciddi töfvə verir.
Bu il Bakı Qlobal Forumu dünya ictimai xadimlərə öz baxışlarını, bilikləri və dünyada baş verənlərə münasibətlərini bildirmək imkanı verir. Bütün bu müzakirələr isə açıq dialoq şəraitində və və qarşlıqlı hörmət atmosferində baş verir.


Create Account



Log In Your Account