May 08 2019 18:43
Views: 457

İndiyədək Azərbaycanda 2 mlrd 58 mln ton neft hasil olunub. Bunun 746 milyon  tonu müstəqillik dövrünə aiddir. Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan Milli Neft Komitəsinin iclasında bildirib. Qeyd edib ki, indi ölkədə orta gündəlik neft hasilatı, təxminən, 770 min bareldir. Nazirin sözlərinə görə, Azərbaycan dünyada neft sənayesinin vətəni olmaqla yanaşı artıq dünyada qara qızılın qiymətinin tənzimlənməsində də fəal rol oynayır. Bu çərçivədə ölkəmiz OPEC və tərəfdaşları ilə uğurlu əməkdaşlıq edir.

Nazirin sözlərinə görə, OPEC+ çərçivəsində gələn ay Vyanada keçirilən toplantıda hasilatla bağlı müəyyən qərar verilə bilər. Pərviz Şahbazov bldirib ki, Azərbaycan aprel ayından hasilatın azaldılmasına nail olub və OPEC+ çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Milli Neft Komitəsinin iclasında ötən ilin hesabatı təqdim olunub. Bildirilib ki, Dünya Neft Şurasının fəal üzvü olan Azərbaycanın Milli Neft Komitəsi bu qlobal qurumun toplantılarından birinə ev sahibliyi etmək niyyətindədir. bununla bağlı namizədlik irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına üzv seçilib. 1933-cü ildə yaradılmış Dünya Neft Şurası hər üç ildən bir Dünya Neft Konqresi keçirir.


Create Account



Log In Your Account