Jul 31 2020 18:06
Views: 549

“Azərbaycanda son iki həftə ərzində xəstəliyə yoluxma halı 27 % azalıb”. Bunu Dünya Səhiyyə  Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib. səfər zamanı Operativ Qərargahın rəhbərliyi, dövlət məmurları, səhiyyə işçiləri ilə 50-yə yaxın görüş keçirdiklərini qeyd edib.

Dünya Səhiyyə Təşkilatının missiyasının yekunlarına dair virtual mətbuat konfransında təşkilatın Azərbaycandakı nümayəndəsi Hande Harmancı çimərlik və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlərə də toxunub.

Sonda vurğulanıb ki, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində olan 265 namizəd peyvənd var. Sınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insanlar üzərində sınanır.  Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir.


Create Account



Log In Your Account