Feb 18 2019 15:53
Views: 400

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dəbu şəhərində İDEX-2019 (AY-DEKS) beynəlxalq Müdafiə Sərgisi keçiirlir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov sərginin açılış mərasimində iştirak edib. Zakir Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxıb. Müdafiə naziri burda nümayiş etdirilən Türkiyənin  Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Nazir şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Zakir Həsənov Əbu Dabidə Belarusun müdafiə naziri Andrey Ravkovla da görüşüb. Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İDEX-2019 Beynəlxalq Müdafiə Sərgisində dünyanın müxtəlif ölkələrindən 1300-dən çox şirkət öz istehsalı olan silah-sursat, raket, eləcə də raketdən müdafiə sistemləri və digər hərbi təyinatlı avadanlıqlarını nümayiş etdirir. Rusiyanın Kalaşnikov şirkəti kamikadze dronun uğurla sınaqdan keçirildiyini açıqlayıb. Pilotsuz uçuş aparatı hədəfi vurduqdan sonra özü-özünü partladaraq məhv edir. Bundan başqa Rostex dövlət korporasiyası yeni zenit raket kompleksini tanıdıb.

Bundan başqa, Kalaşnikov sərgidə özünün yenilənmiş avtomat silahlarını nümayiş etdirib. Avtomatın yeni versiyalarının artıq Rusiya ordusunun silahlanmasına verildiyini, indi isə artıq ixraca hazır olduğu bildirilir. İDEX-2019 Əbu-Dabinin Milli Sərgi Mərkəzində keçirilir. Fevralın 21-nə qədər davam edəcək sərgiyə 100 min ziyarətçinin baş çəkməsi gözlənilir.


Create Account



Log In Your Account