Oct 06 2018 18:39
Views: 634

Uşaq serebral iflici baş beyin inkişafının pozulması və baş beynin zədələnməsi nəticəsində əmələ gəlir. İflic xəstəliyi zamanı müxtəlif hərəkət pozğunluqları yaranır, hərəkət sistemi pozulur, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. İxtisaslaşdırılmış müəssələr bu diaqnozla olan uşaqların bacarıqlarını inkişaf etdirmək, sosial həyata inteqrasiya etmək üçün kompleks tədbirlər həyata keçirir.
“Qayğı” reabilitasiya mərkəzi uşaqlar üçün müxtəlif tədbirlər keçirir. Mərkəz Dünya Uşaq Serebral İflic günü münasibəti ilə balaca dostlarını sevindirib.  
 “Qayğı” uşaq reabilitasiya mərkəzi “Gələcək nəsil naminə qayğı” birliyinin  nəzdində fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Burada 3-7 yaş arasına serebral iflicdən əziyyət çəkən uşaqlar reabilitasiya keçir.


Create Account



Log In Your Account