Feb 02 2019 18:16
Views: 377

Bakıda  Milli onkologiya  mərkəzinin təşkilatçılığı ilə  Dünya Xərçəng gününə həsr olunmuş  3-cü  Azərbaycan onkologiya  və nüvə təbabəti  simpoziumu  keçirilib.Tədbirdə  müasir  ümumi onkologiyanın və  nüvə təbabəti problemləri müzakirə olunub. Milli Onkologiya Mərkəzinin  baş direktoru akademik Cəmil Əliyev  son illər Milli Onkologiya Mərkəzinin  xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi  üzrə   böyük nailiyyətlər əldə etdiyini deyib. Cəmil Əliyev bütün dünyada olduğu kimi  Azərbaycanda da  onkoloji xəstəliklərin dinamikasının artdığını vurğuluyaraq bu ümumi bəlaya qarşı birgə mübarizənin gücləndirilməsinin  vacibliyini qeyd edib.
Müasir ümumi onkologiyanın və nüvə təbabəti problemlərinin müzakirə olunduğu beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər.
2017-ci ilin rəsmi statistikasına əsasən   Azərbaycanda 45756 onkoloji xəstə qeydiyyatdadır ki,onların da 17525 nəfəri 5 ildən yuxarı yaşıyanlar təşkil edir.Mütəxəssislər müasir tibbi texnologiyalardan və imkanlardan istifadə etməklə onkoloji  xəstələrin ömrünü uzatmağın mümkün olduğunu deyirlər.
Tədbir çərçivəsində Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib.


Create Account



Log In Your Account