Mar 03 2020 19:20
Views: 410

Beynəlxalq Gimnastika Federasiyası 2019-cu ilin ən yaxşı federasiyası olaraq Azərbaycan Gimnastika Federasiyasını seçib. Bununla da artıq 3-cü dəfədir ki, Azərbaycan gimnastika yarışlarının ən yaxşı təşkilatçısı kimi birinci yeri tutur.
Ötən il Azərbaycan Gimnastika Federasiyası Bakıda bədii gimnastika üzrə Dünya və Avropa çempionatını, aerobika üzrə Avropa çempionatını, bədii və idman gimnastikası üzrə Dünya Kubokunun mərhələrini, eləcə də batut və tamblinq yarışlarını təşkil edib.
Azərbaycanda ilk dəfə bu ilin mayında kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı baş tutacaq. Milli federasiyanın idmançıları həm yerli, həm də beynəlxalq yarışlarda aktiv iştirak edirlər. 9 idmançımız artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qeyd edək ki, Olimpiya oyunlarında qadınlar arasında idman gimnastikasında Azərbaycan ilk dəfə təmsil olunacaq.

 


Create Account



Log In Your Account