Jun 06 2019 19:40
Views: 384

Dünyada suya tələbatın qarşıdakı yarım əsrdə iki dəfə artacağı proqnozlaşdırılır. BMT-nin son hesabatında da qeyd edildiyi kimi, növbəti 20 il ərzində Yer kürəsi əhalisinin yarısı kəskin su qıtlığı problemi ilə üzləşəcək. AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevin fikrincə, bu problemin qismən də olsa həlli üçün Azərbaycanda içməli su mənbəyi olan kəhrizlər mühafizə edilməlidir. Ata-babalardan bizə miras qalan, uzun illərdir istismar olunan kəhrizlər gələcək nəsillərə işlək vəziyyətdə təhvil verilməlidir.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda su ehtiyatları məhdud olsa da, təhlükəli vəziyyət müşahidə edilmir. Ölkənin mövcud su mənbələri əhalinin suya olan tələbatını ödəməyə kifayət edir. Azərbaycanda su qıtlığının qarşısının alınması istiqamətində dövlət ardıcıl layihələr həyata keçirir.


Create Account



Log In Your Account