Feb 26 2019 18:19
Views: 422

1992-ci ilin qanlı fevral gecəsi baş verən hadisələr Azərbaycan xalqına qarşı qanlı cinayət kimi tarixdə əbədi qalacaq. Bu gün bu hadisələrin bütün dünyada tanıdılması üçün işlər aparıır. Bunda müxtəlif ölkələrdəki Azərbaycan diaspor təmsilçilərinin üzərinə də böyük yük düşür.

İsraildə yaşayan azərbaycanlı, beynəlxalq münasibətlər üzrə ekseprt Arye Qut bildirir ki, bu işdə xarici KİV-ləri önəmli təbliğat mənbəyi ola bilər.

Hər il həm ölkə daxilində, həm də xaricdə Xocalı qurbanlarının xatirəsi yad edilir. Bu münasibətlə müxtəlif anım tədbirləri keçirilir. Azərbaycan diasporunun dəstəyilə artıq soyqırımının 27-ci ildönümü ilə bağlı çox sayda anım tədbirləri təşkil olunub.

Bu günlərdə Xocalı soyqırımı ilə bağlı Avropa İttifaqının siyasi mərkəzi sayılan Brüsseldə böyük aksiya keçirilməsi bu hadisənin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addım sayılır. Ümumavropa Qarabağ mitinqinə Avropanın müxtəlif ölkələrindən soydaşlarımız qatılıb. Onlara Azərbaycana dost olan ölkələrin diaspor təmsilçiləri də dəstək verib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, ABŞ və bir sıra Avropa ölkələrində yad edilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək, eləcə də bu haqda həqiqətləri dünyaya təqdim etmək üçün müxtəlif xarici dillərdə sənədli filmlər çəkilir. Bu filmlər xarici kanallarda, müxtəlif tədbirlərdə nümayiş olunur. Xocalıda o dəhşətli gecədən sağ xilas olmağı bacaran insanların danışdıqları bütün dünyanı dəhşətə gətirir.

 


Create Account



Log In Your Account