Mar 22 2018 18:47
Views: 512

“Dünyanı gözəllik xilas edəcək”  - Daşkənddə "Miss Union Fashion-018" üçüncü beynəlxalq müsabiqəsi bu deviz altında keçirilib. Tədbirdə qeyd olunub ki, müsabiqə Azərbaycan və Özbəkistanın birgə layihəsidir. Festivalın münsiflər heyətində Azərbaycanı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova təmsil edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarının nümayəndələri, Yunanıstan, İsrail və digər ölkələrdən gələn qızlar milli paltarda səhnəyə çıxaraq öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim ediblər. Ölkəmizi təmsil edən Lalə Məmmədovanın Azərbayacan musiqisi sədaları altında rəqsi maraqla qarşılanıb.
Azərbaycan nümayənndəsi Lalə Məmmədova “Miss şarm” nominasiyasında qalib olub. Tədbirdə “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın bu festival üçün xüsusi olaraq hazırladığı 12 milli qadın libasından ibarət kolleksiyası nümayiş etdirilib.
Fəxriyyə Xələfova "Miss Union”un rəmzi olan xüsusi mükafata da layiq görülüb.


Create Account



Log In Your Account