Mar 05 2019 14:48
Views: 453

İqtisadi inkişaf, urbanizasiya və əsasən də Asiyada sənayeləşmə dünya enerji istehlakını 2040-cı ilə qədər 25% faizədək artırmasına səbəb olacaq. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi dünya enerji baxışı adlı hesabatında öz əksini tapıb. Hesabatda qeyd olunur ki, 2040-cı ildə qlobal enerji istehlakı proqnozlaşdırılana nisbətən daha yüksək olacaq. Agentliyin gözləntisinə əsasən gələcəkdə Amerika dünyanın xam neftə olan tələbatının ödənməsində daha əhəmiyyətli rol oynayacaq. Belə ki, 2025-ci ilə qədər dünya neft hasilatı artımının 70%-i ABŞ-dan gələcək.

Amma mütəxəssislər hesab edir ki, ABŞ və Kanadanın şist yataqlarında hasilat artsa da, ənənəvi neft-qaz hasilatçılarının üstünlüyü davam edəcək.

Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti CBC-nin Vaşinqton bürosuna müsahibəsində bildirib ki, indi dünyada neftin qiyməti ilə bağlı gözləntilər daha çox bahalaşma ilə bağlıdır. Çünki neftin qiymətinin uzun müddət aşağı olması səbəbindən bu sahəyə sərmayələr azalıb. Digər tərəfdən OPEC və tərəfdaşlarının məqsədli şəkildə istehsalı aşağı salması, üstəlik siyasi qərarlarla bir neçə ölkədə hasilatın arzuolunmaz şəkildə enməsinə səbəb olub.

Bütün bu amillər nəzərə alınarsa həm Bakıda keçiriləcək OPEC+ nazirlərin monitorinq komitəsinin iclasında, həm də qarşıdakı digər toplantılarda yeni azalma qərarı gözlənilmir. Ekspertlər hesab edir ki, indi gündəmdə olan məsələ öhdəliklərə əməl olunması və bazara nəzarətdir.

Qeyd edək ki, martın 18-də Bakıda OPEC+ çərçivəsində monitorinq komitəsinin iclası keçiriləcək. Toplantıda fevral ayı ərzində razılaşma çərçivəsində götürülən öhdəliklərin yerinə yetirilmə səviyyəsi müzakirə olunacaq. Eyni zamanda bazardakı mövcud vəziyyət təhlil ediləcək.


Create Account



Log In Your Account