Jun 11 2019 19:14
Views: 276

Azərbaycanın turizm potensialı ildən-ilə genişlənir. Turizm sənayesinin inkişafında şəhər memarlığının da xüsusi rolu var. Tarixi şəhərlərə turzim axını mədəni abidələrin və tarixi ərazilərin qorunmasını aktuallaşdırır. Bu mövzu Beynəlxalq Memarlar İttifaqı Baş Assambleyasının Bakıda keçirilən toplantısında müzakirə olunub.

İclasda “Tarixi şəhərlərdə kütləvi turizm” forumu ilə bağlı müzakirələr aparılıb. Kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə edilib. Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer ölkəmizin memarlıq sahəsində uğurlarını yüksək qiymətləndirib.

Beynəlxalq Memarlar İttifaqı dünyanın 3 milyondan çox memarını öz ətrafında birləşdirir. Azərbaycan Memarlar İttifaqı bu qurumla 1993-cü ildən əməkdaşlıq edir. Təşkilatın növbədənkənar Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərarın qəbulunda Azərbaycanın son illərdə bu sahədə qazandığı uğurlar mühüm rol oynayıb.

Beynəlxalq tədbirlə əlaqədar Bakıya gələn nümayəndə heyətləri Azərbaycan xalqının mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı qazanıblar.


Create Account



Log In Your Account