Jan 20 2019 14:55
Views: 431

Tanınmış jurnalist Azərbaycanın əməkdar incəsənət xadimi Fərid Xayrulin 1990-cı il yanvarın 20-də dinc əhalinin məruz qaldığı dəhşətlərin şahidi olan və bütün dünyaya səs salan fotoların müəllifidir. Yanvarın 22-də faciə qurbanlarının dəfni üçün Azadlıq meydanına toplanan insanların fotosu onun ən məşhur işlərindən biridir.

Fərid Xayrulin yarım əsrdir ki, peşəkar jurnalistika ilə məşğuldur. Jurlanist fəaliyyətinə 1966-cı ildə Azərbaycan gəncliyi qəzetində başlayıb. İllər sonra onu, Azərinform agentliyinə dəvət ediblər, burada o peşəkar fotoqrafiya ilə məşğul olmağa başlayıb. 20 yanvar hadisələri barədə gecə yarısı redaksiyadan gələn zənglə xəbər tutub. Səhər tezdən jurnalist hadisələrin baş verdiyi yerlərə gedib və gördüyü mənzərədən  dəhşətə gəlib.

Fərid Xayrulin bütün diqqətini işinə elə verib ki, ona yönələn silahı belə görməyib. Dediyinə görə, o möcüzə nəticəsində sağ qalıb.

Fərid Xayrulinin yanvar hadisələri zamanı çəkdiyi şəkillər beynəlxalq informasiya agentiklərində nəşr olunub. Dəhşətli şərtlərə baxmayaraq o işləməyə davam edib. Müəllifin dediyi kimi uğurlu çəkilmiş foto anı təsvir edir. Həmin fotolar isə dəhşətin və qanlı gecənin acısını göstərir.


Create Account



Log In Your Account