Oct 02 2018 14:38
Views: 2052

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində təsviri incəsənət müsabiqəsi keçirilib. Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutan açılış mərasimində 100-dən çox təsviri incəsənət  əsəri yer alıb. Rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələrindən ibarət əsərlər “Gəmiçilik – 160 il”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularını əks etdirir. Təsviri incəsənət nümunələrində Xəzər dənizçilərinin çətin və əzmkar əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi, Xəzərin əlverişli su yolu olması, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı fəaliyyəti öz əksini tapıb. Müsabiqədə 17-35 yaş arası müəlliflərin əsərləri iştirak edib.
Bir çox rəssamın sevimli mövzusu olan dəniz təsvirləri sənətsevərlərin də böyük marağına səbəb olub.
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib. Sərgi oktyabrın 7-dək davam edəcək.


Create Account



Log In Your Account