Aug 14 2020 18:16
Views: 412

Suda batan insanı xilas etmək bədənin gücü ilə bərabər iradə gücü istəyir. Pyotr Kuvşinov dənizdə batan insanları görüncə, özünü riskə ataraq suya atılıb. 3 nəfərdən ibarət ailənin 2 üzvünü xilas edib. Vaxtilə Qarabağ döyüşlərinin iştirakçısı olan qəhrəmanımız su polosu üzrə SSRİ idman ustası dərəcəsinə sahibdir. Bildirir ki, 2 insanı xilas edə bilməsində məhz bu fiziki hazırlığının da rolu olub. Bakı Ali Neft Məktəbində fiziki hazırlıq müəllimi kimi çalışan Pyotr Kuvşinov indi də idmandan ayrılmayıb.


Create Account



Log In Your Account