May 31 2019 17:53
Views: 332

Bu il yalnız Azərbaycanda deyil, bütün dünyada neft sənayesi üçün tarixi hadisə olan Neft Daşlarında hasilata başlanmasının 70 ili tamam olur. Bununla bağlı 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" adlı sessiya keçirilib. SOCAR-ın 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə Neft Daşları ilə Azərbaycanın dünya neft sənayesinə çox sayda yenilik gətirdiyini qeyd edib. Özünün də 10 ilə yaxın bu yataqda işlədiyini bildirən Xoşbəxt Yusifzadə eyni zamanda Neft Daşları layihəsinin bu günkü Azəri-Çıraq-Günəşli yataqlarının kəşfində önəmli rolu olduğunu diqqətə çatdırıb.
Neft-qaz-elmi-tədqiqat-layihə institutunun direktoru Fəxrəddin İsmayılov Neft Daşlarının bir çox yeni metodların ilk tətbiq edildiyi yer olduğunu deyib. bildirib ki, burda qazanılan təcrübəni bu gün də neftçilər istifadə edir.
Dənizdə neft hasilatının ön önəmli layihəsi olan Azəri-Çıraq-Günəşli yataqlarının blokunun işlənməsi barədə sazişin bu il 25 ili tamam olur. AÇG layihəsi iqtisadi layihə olmaqla yanaşı, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir - bunu sessiyada çıxış edən BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. BP rəsmisi indiyədək yataqlardan hasil olunan neft və qaz həcmini açıqlayıb.
Azərbaycan neftçiləri Xəzərdə digər qonşu ölkələrlə birgə əməkdaşlıqda da maraqlıdır. Bu məqsədlə  SOCAR-la Qazaxıstanın Kazmunayqaz şirkəti arasında imzalanmış razılaşma çərçivəsində işlərə başlanıb. “Satti” özüqalxan üzən qazma qurğusu iyunun 6-da Azərbaycana gətirilməsi üçün yola salınacaq. iyunun 10-da Bakı limanına çatdırılacaq və qurğunun quraşdırılmasına başlanılacaq.
26-cı Xəzər Neft və Qaz Konfransında bu il  dünyanın 30 ölkəsini təmsil edən 500-dən çox nümayəndə iştirak edib. Konfrans bu gün işini yekunlaşdırır.


Create Account



Log In Your Account