Nov 09 2019 18:07
Views: 94

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə pulsuz face-art təşkil edilib. 10 nöqtədə keçirilən aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Eləcə də, face-artdan istifadə edən bütün qonaqlara bayraqlar hədiyyə olunub. Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi aksiyanın məqsədi xüsusən də, uşaqlarda ölkənin vacib atributlarından sayılan bayrağa olan sevgini üzə çıxartmaq, onlara bu hissi aşılamaqdır.

 

Aksiyada iştirak edən uşaqlar bayrağa olan sevgilərini nümayiş etdirirdilər.


Create Account



Log In Your Account