May 25 2019 18:12
Views: 1049

Bu gündən Dənizkənarı Milli Parkda UEFA Avropa Liqasının Azarkeş Festivalı start götürüb. Festival çərçivəsində azarkeşlərin UEFA Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək və digər əyləncəli proqramlarda iştirak etmək ikmkanı yaranacaq və  mayın 29-a qədər davam edəcək.
Festivalın açılışı ingilis personajlarını canlandıran aktyorların gəlişi ilə başladı. Əsl bayram əhval-ruhiyyəsinin yaşandığı festivalı  ziyarət edənlər ilk növbədə Avropa Liqasının kuboku ilə şəkil çəkdirir, rəqib komandaların formalarını geyinən azarkeşlər böyük idman hadisəsinin abu-havasına köklənmişdilər.
Festivalın əsas səhnəsində DJ-lərin çıxışlarından zövq alanlar, əylənənlər sırasında turistlər və Bakıya məhz final oyununu izləmək üçün gələNlər də az deyildi.
Azarkeşlərin müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarını sınaqdan keçirmək imkanı yaradılıb. Ən çox əylənən isə uşaqlardır.
Azarkeşlər üçün ən unudulmaz sürpriz isə ötən illərin məşhur futbolçularının - ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun festivalda iştirakı olub. Futbolçular Bakının son illərdə simasının daha da gözəlləşdiyini və böyük idman hadisəsinin məhz bu şəhərdə keçirilməsindən məmnunluq ifadə edib. "Arsenal" və "Çelsi" arasında təşkil olunacaq qarşılaşmadan gözləntilərini də açıqlayıb
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Create Account



Log In Your Account