Apr 29 2019 18:51
Views: 354

Dünya Bankı qrupu Azərbaycanda son illər həyata keçirilən islahatları yüksək qiymətləndirir. Bunu qrupa daxil olan Beynəlxalq Maliyyə Korporasiyasnın layihə meneceri Lili Beqiaşvili İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının nümayəndələrinə “Doing Business” hesabatının metodologiyası istiqamətində keçilən təlim zamanı deyib. Bildirib ki, hər il dünya bankı qrupu 190 ölkədə biznes mühitini qiymətləndirmək üçün qiymətləndirmə aparır. Azərbaycan da ölkədə biznes mühitinin yaxşılaşdıırlması üçün çox işlər görür. Sahibkarların gündəlik fəaliyyətinin yaxşılaşdırılması, prosedurların asanlaşdırılması üçün çox sayda qanunvericilik aktlarına dəyişiklik edilib, bir sıra lazımsız prosedurlar aradan qaldırılıb. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycan Doing Business hesabatında mövqeyini 32 pillə yaxşılaşdırıb və Şərqi Avropa və Mərkəzi Asiya regionunda ən çox islahat aparan ölkə olub.

Təlimdə Komissiyanın işçi qruplarında təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edib. “Doing Business” hesabatının hər bir indikatoru üzrə metodologiyanın tələbləri işçi qruplarının üzvlərinə izah olunub, metodologiyanın tələbləri üzrə suallar cavablandırıllb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iki gün keçiriləcək təlimdə ümumilikdə 50-dən çox dövlət qurumunun nümayəndəsi iştirak edəcək.  


Create Account



Log In Your Account