Sep 09 2019 19:51
Views: 248

“DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “DOST kuboku” uğrunda turnir keçirilir. Turnirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu ilin mayında fəaliyyətə başlayan ilk "DOST" mərkəzində 30 mindən çox müraciətin qeydə alındığını və məmnunluq faizinin 90 faizdən çox olduğunu qeyd edib. O, bildirib ki, "DOST" mərkəzində əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə 126 növ xidmət göstərilir. Anar Əliyev 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 “DOST” mərkəzinin yaradılacağını diqqətə çatdırıb. Çıxış edənlər belə turnirlərin müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, əməkdaşların intellektual bacarıqlarının, gənclərin fəallığının artırılmasına xidmət etdiyini bildiriblər. Turnirdə 50-yə yaxın komanda mübarizə aparır.


Create Account



Log In Your Account