Aug 05 2020 18:02
Views: 165

Bu gündən “DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunur. Mərkəzə daxilolan hər bir vətəndaşın hərarəti yoxlanılır.Onların əlləri dezinfeksiya olunur və  k0oronavirus təhlükəsinə görə hər bir vətəndaşdan qoruyucumaskada olması metləqtələb olunur.

Mərkəzlərə yaxınlaşan vətəndaşlar növbəlilik prinsipi əsasında müraciətin xarakterinə uyğun pəncərəyə yaxınlaşır. mərkəz işçisi ilə yanaşı, dost  könüllüləri də Vətəndaşları yönləndirir. Pandemiya şəraiti nəzərə alınarq mərkəzlərin daxilində dezinfeksiyaedici məhlul olan dispenserlər quraşdırılıb.

Pandemiya şəritinə görə mərkəz daxilində də bəzi qaydalara riayət olunmalıdır.

Vətəndaşlara xidmət prosesi zamanı dünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl olunur. İlk günlər vətəndaş  mərkəzlərə müraciətlərinin çoxluğu müşahidə olunur.

Qeyd edək  ki, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.


Create Account



Log In Your Account