Feb 28 2019 18:14
Views: 330

 

“DOST” Mərkəzlərində proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı  fəaliyyət göstərəcək. Vətəndaşa sosial xidmətlərlə bağlı lazım olan bütün məlumatlar onun elektron poçt ünvanına  və ya telefonuna göndəriləcək. Sosial müavinətlərin alınması və ya özünü məşğulluq proqramına müraciət hüququnun olub-olmaması haqda informasiya birbaşa vətəndaşa təqdim olunacaq. Ümumilkdə “DOST” Mərkəzlərində göstərilən  xidmətlərin 70 faizi proaktiv xidmətlərdə əhatə olunacağı bildirilir. Mərkəz  vətəndaşa müraciət edərək bu və ya digər sosial xidmətləri  təklif və ya tövsiyə edəcək.

Bu ilin mart ayının sonunda Bakı şəhərində ilk Dayanıqlı və Operativ Sosial Təminat mərkəzinin açılması  da gözlənilir. Mərkəzlərdə dövlət sosial xidmətləri, sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlara təqdim olunacaq. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlər göstərəcək.

Agentliyin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılmasıdır. Bununla yanaşı, Agentlik elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına da xidmət edəcək.


Create Account



Log In Your Account