Jul 09 2019 18:52
Views: 496

“Ötən dövr ərzində biz güclü, qüdrətli dövlət qura bildik və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır”. Bu fikirlər Prezident İlham Əliyevin diplomatik xidmət  orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrikində yer alıb. Təbrikdə bildirlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklərlə qarşılaşmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi oldu. Müşavirədə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın müasir xarici siyasət strategiyasını Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirilir". Azərbaycanda iyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev bu barədə  Sərəncam imzalayıb. Bu tarix, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair qəbul edilən müvəqqəti təlimatın diplomatiya kargüzarlığına dair ilk sənəd olduğu əsas götürülərək seçilib.
Cumhuriyyət dövründə Azərbaycan diplomatik orqanları maliyyə çətinlikləri və resursların məhdudluğuna baxmayaraq ölkənin beynəlxalq miqyasda tanınmasına nail olublar.  Sovetlər Birliyində isə Azərbaycanda xarici işlər nazirliyi yalnız formal mövcud olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasət idarəsinin qurulması məsələsi yenidən aktuallaşıb. Dağlıq Qarabağ münaqişəsinin yeni alovlandığı dövr olduğunda diplomatik orqanların da üzərinə çətin missiya düşüb.
Milli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xarici siyasətinin strateji istiqamətlərini müəyyən edib. Bu strategiya, milli maraqların aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu münasibətlərin qurulmasını ehtiva edir. Suverenliyin, ərazi bütövlüyünün təmin olunması xarici siyasət stretagiyasının priorotet istiqamələridir.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca Azərbaycan  BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib. Bu ildən etibarən Qoşulmama Hərəkatında sədrlik edəcək. Azərbaycan bir sıra beynəlxalq strukturların çox fəal üzvü kimi tanınır. Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatlarda 5 daimi nümayəndəliyi fəaiyyət göstərir.


Create Account



Log In Your Account