Jan 18 2019 18:24
Views: 523

Azexport portalı vasitəsilə sərbəst satış sertifkatlarının verilməsi Azərbaycan şirkətləri üçün əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarını açıq edib. Bu barədə Azexport portalı rəhbərliyinin həmin sertifikatı əldə etmiş şirkət nümayəndələri ilə görüşündə qeyd olunub. Bildirilib ki, bu sertifikatın köməyilə şirkətlər öz məhsullarını  Amerika Birləşmiş Ştatları, Dominikan Respublikası, Filippin, İndoneziya, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi bir çox ölkələrə məhsul ixracını reallaşdırıb. Sertifikat məhsulun ölkə daxilində sərbəst satışda olduğunu təsdiqləyir. 2018-ci ildə dörd şirkətə sərbəst satış sertifikatı təqdim olunub.


Create Account



Log In Your Account