Jun 14 2018 18:57
Views: 583

Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır. Rusiya 2010-cu ildə keçirilən səsvermə nəticəsində turnirə ev sahibliyi hüququnu qazanıb. Bu mundial Rusiyanın ev sahibliyini etdiyi ilk Dünya Kubokudur. Turnir, həm də Şərqi Avropada keçirilən ilk mundial olacaq. Final qarşılaşması İyulun 15-də baş tutacaq. Bir ay müddətində çempionatda 32 komanda 8 qrupda yarışacaq. 64 oyunun nəticəsində çempionun bəlli olacağı mundial meydan sahiblərinin oyunu ilə başlayacaq. Rusiya millisi A qrupunda Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyundan əvvəlsə mundialın rəsmi açılış mərasimi olacaq. Azərbaycan prezidentinin də qatılacağı məraimdə bir sıra dövlətlərin liderləri iştirak edəcək.

Dünya çempionatının ilk qarşılaşması olan Rusiya-Səudiyyə Ərəbistanı matçı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Oyunda rusiyanın şansları yüksək qitymətləndirilir. “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Moriunyo da ev sahibinin şanslarını dəyərləndirib.

Futbol mütəxəssisi Risiya, Uruqvay, Portuqaliya, Fransa, Nigeriya. Braziliya, Meksika, İngiltərə, Polşa, İspaniya, Argentina və Almaniya kimi komandaların səkkizdə bir finala çıxmaq şanslarını yüksək qiymətləndirib. Mourinyo hesab edir ki, dünya çempionatının finalına Portuqaliya və Argentina yığmaları çıxacaq. Çempionat oyunlarını proqnozlaşdıran təkcə futbol mütəxəssisləri deyil. Ermitajın münəcim pişiyi Axill də Rusiyanın ilk qarşılaşmada qalib gələcəyini proqnozlaşdırıb. Sankt Peterburqdakı mətbuat mərkəzində keçirilən öncəgörmə mərasimində pişik Rusiya bayrağı olan yemək boşqabını seçib.

Proqnozlar Rusiyanın qarşılaşmaları ilə yekunlaşmır. Məhşur suiti Deysi Almaniya-Meksika qarşılaşmasında birincinin məğlub ayrılacağını proqnozlaşdırıb.

Futbol üzrə dünya çempionatının qarşılaşmaları Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

 


Create Account



Log In Your Account