Mar 26 2020 12:53
Views: 148

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 milyon manatdan çox  ianə edilib. Bu barədə fondun ötən gün fəaliyyətə başlayan rəsmi internet saytında məlumat yerləşdirilib. İndiyədək 593 fiziki və 571 hüquqi şəxs könüllü ödəmələr həyata keçirib. Xatırladaq ki, Koronavirusla Mübairzəyə Dəstək Fondu dövlət başçısının 19 mart tarixli fərmanı ilə yaradılıb.  İlkin olaraq fonda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da bir illik əmək haqlarını bu fonda ianə ediblər. bu xeyirxah təşəbbüsə qoşulanlar günbəgün artır. Dövlət başçısı da ötən gün çıxışında qeyd edib ki, bu fond Azərbaycan xalqının böyüklüyünü göstərir.

Koronavirusla mübarizə fonduna edilən ianələr və vəsaitləri bağışalayan şəxslərin siyahısı Fondun saytında yerləşdirilib. Bu isə qurumun fəaliyyətinin şəffaflığını göstərir. Bu fonda istənilən şəxs vəsait köçürə bilər. Bunun üçün banka getməyə də ehtiyac yoxdur. Belə ki, Fonda ödənişləri ASAN Ödəniş portalı vasitəsilə də etmək mümkündür. Azərbaycanın ABŞ-dakı səfirliyi xaricdə yaşayan azərbaycanlıları fonda ianə etməyə çağırıb və hesabları öz tvitter səhifəsində paylaşıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi sayı covid19fund.gov.az-dır. Burda fondun bank hesabının rekvizitlərini əldə etmək mümkündür.


Create Account



Log In Your Account