Apr 06 2019 18:37
Views: 894

Bu gün Dövlət  Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul imtahanı keçirilib.  İmtahanda iştirak üçün bu il rekord sayda müraciət qəbul olunub. Belə ki, 1200-dən çox şagird sərhədçi olmaq arzusunda olduğunu bildirib. 
Tam şəffaf və aşkarlıq şəraitində keçən imtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılıb. İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyiblər. Xidmət rəisi prosesin gedişi ilə tanış olub, uşaqlara uğurlar arzulayıb, imtahan nəzarətçilərinə öz tövsiyələrini verib. Şəffaflığın tam qorunması məqsədilə proses valideynlər tərəfindən izlənilib.
İmtahanda 4-cü sinifi bitirən, yaşı 12-ni keçməyən uşaqlar iştirak edib. Onlar azərbaycan dili və riyaziyyatdan suallara cavab veriblər. 
Məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən və zəruri tədris bazası ilə təchiz olunan Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin açılışı 2011-ci il oktyabrın 18-də baş tutub. Ötən il isə məktəbin yeni korpusu açılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən xidmətin Akademiyasında hərbi təhsil alırlar.


Create Account



Log In Your Account