Jun 28 2019 18:12
Views: 406

Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha təhlükəli miqyas alan ciddi təhdidlərdən biridir. Terrorçuluqla mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də yaxından iştirakı və rolu danılmazdır. Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəkidə keçirilən elmi-praktik konfransda səsləndirilib. “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularına həsr olunan konfransda xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyəti vuğrulanıb.

Bildirilib ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyillər hərtərəfli sayıq olmağı tələb edir. Diqqətə çatdırılıb ki, Azərbaycan terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq siyasətidir. Ermənistan ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədib, 2 mindən artıq mülki şəxs ölüb və əlil olub.

Konfrans iştirakçılarına xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, erməni terrorunun acı nəticələri, terrorçuluqla mübarizə üzrə ictimai təmasların əhəmiyyəti ilə bağlı geniş məlumat verilib.


Create Account



Log In Your Account