Jan 10 2019 18:37
Views: 435

Birləşmiş Ərəb Əmirliyində yaxın vaxtlarda Azərbaycan Ticarət evinin açılması planlaşdırırlır. Bu barədə CBC-yə müsahibəsində Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı ofisinin rəhbəri Sənan Nəsibli məlumat verib. Onun sözlərinə görə Ticarət Evi “Made in Azerbaijan” brendinin təşviqinə də töhfə verəcək.

Bu gün Azərbaycanda Birləşmiş Ərəb Əmirliyinə ixrac olunan məshullar arasında qida məhsulları üstünlük təşkil edir. Bura meyvə-tərəvəz, ət məhsuları, habelə tütün məmulatları daxildir.

Sənan Nəsiblinin sözlərinə görə Birləşmiş ərəb Əmirliklərinin işgüzar dairələri ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılır. Əməkdaşlığın perspektivli istiqamətlrindən biri də turizm sahəsidir. Azərbaycanda otel və əyləncə mərkəzlərinin qurulması, inkişaf etdirilməsinə investisiyaların cəlb olunması diqqət mərkəzində olan əsas istiqamətlərdəndir. Qida sənayesi sahəsində əməkdaşlıq üçün də böyük potensial var. Bununla yanaşı, nəqliyyat-loqistika səhəsində də əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir.

Azərbaycanın Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində ticarət evləri fəaliyyət göstərir. Sənan Nəsiblnin sözlərinə görə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud iqtsadi əlaqələr bu ölkədə də Ticarət evinin açılması üçün yaxşı imkan yaradır. Xüsusilə də ona görə ki, ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edir. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 272 milyon dollar olub.


Create Account



Log In Your Account