Jan 16 2020 16:37
Views: 479

2019-cu ildə Azərbaycanda əhalinin orta aylıq əmək haqqının artım tempi nominal gəlirlərinin artım tempini 2 dəfədən çox qabaqlayıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı mətbuat konfransında deyib. Bildirib ki, orta aylıq əməkhaqqının artımı baxımından ötən il sıçrayış qeydə alınıb. Nazirin sözlərinə görə, buna bir tərəfdən qeyri-rəsmi gəlirlərin rəsmiləşməsi, digər tərəfdən isə dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının artımı təsir edib. Nazir ötən il kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri sayəsində aktiv əlavə dəyər vergisi ödəyicilərinin sayının 37.5% artdığını deyib.


Create Account



Log In Your Account