May 29 2020 14:08
Views: 356

“Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən qurayacağıq”. Prezident İlham Əliyev məcburi köçkünlər üçün inşa edilən “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı belə deyib. Bildirib ki, bu binalar məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. 2016 və 2018-ci illərdə həyata keçirilən uğurlu hərbi əməliyyatlarla minlərlə hektar torpağın işğalçılardan azad edildiyini xatırladan dövlət başçısı deyib ki, Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcək.


Create Account



Log In Your Account