Sep 16 2020 18:19
Views: 507

“Prezidentin bizə olan etimadını yüksək qiymətləndiririk. Azərbaycan bizim vətənimizdir, təbii ki, doğma ölkəmizə investisiya yatırtmağı çox istərdik”. Xarici ölkələrdə yaşayan və bizneslə məşğul olan iş adamları belə deyirlər. Onlar Azərbaycanda iş qurmaqda maraqlı olduqlarını söyləyirlər. Tailandda otel biznesi ilə məşğul olan Gündüz Qasımlı deyir ki, öz iş təcrübəsini Azərbaycanda tətbiq etməyi düşünür. Amma pandemiya dövründə otel biznesinə dəyən zərbə onun da planlarını dəyişib.

Xaricdə yaşayan həmvətənlərimizin Azərbaycana sərmayə qoyması istiqamətində son illər ciddi işlər görülür. Lakin iqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, onların Azərbaycana sərmayə qoyması üçün daha əlverişli imkanların yaradılmasına ehtiyac var.


Create Account



Log In Your Account