May 01 2019 15:10
Views: 433

“Hazırda Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası üzərində iş gedir”. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib. Bildirib ki, proses artıq başlayıb və bu işə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək. Məqsəd yeni inkişaf strategiyasının uğurlu nəticəsini təmin etməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı prezidentin tapşırığı ilə hazırlanan iqtisadiyyatın yeni inkişaf strategiyasının zəruri edən səbəbləri açıqlayıb. Bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatını yeni perspektivlər və çağırışlarla üz-üzə qoyub.

Vüsal Qasımlı bundan əvvəl qəbul edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələ”nin icra vəziyyətini də açıqlayıb. Onun sözlərinə görə, proqram çərçivəsində həyata keçirilən tədbirlər ilk nəticələrini verir. Ümumi Daxili Məhsulun 3 faizdən çox artımı təmin edilib, post-neft dövründə iqtisadiyyatın yeni artım nöqtələri müəyyən olunub. Dünyada 25-ci ən əlverişli biznes mühiti yaradılıb və milli iqtisadiyyat yenidən davamlı inkişaf relslərinin üzərinə qoyulub.

1 yanvar 2019-cu il tarixinə “Strateji Yol Xəritələri” üzrə fəaliyyətlərin 43 faizi tam, 9 faizi qismən icra edilib. 48 faizinin icrası ilə gözlənilir.

 “Strateji yol xəritələri” 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını əhatə edir. 2025-ci ilədək olan dövr üçün isə uzunmüddətli baxışı özündə ehtiva edir.


Create Account



Log In Your Account