Nov 22 2019 18:38
Views: 79

 “Azərbaycanda bu il aprelin 1-nə qeydiyyatda olan qadın sahibkarların sayı 186 min 390 nəfər təşkil edib”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. 2012-ci ildə qadın sahibkarların sayının 74 minə yaxın olduğunu deyib. Komitə sədri erkən nikahlar probleminə də toxunub. Qeyd edib ki, bununla bağlı bir çox ailələrdə maarifləndirmə işləri aparılır. Bunun da nəticəsində erkən nikahların sayında ötən illərə nisbətən azalma müşahidə edilir.

15-17 yaşında ana olan qadınların sayında da azalma var. 2011-ci ildə onların sayı 4392 nəfər idisə, 2018-ci ildə bu göstərici 2129 nəfər olub. Hicran Hüseynova evdar qadınlara dövlətin maliyyə dəstəyi verməsini də təklif edib. Dövlət Komitəsinin bu məsələni qaldırdığını deyib.

Hicran Hüseynova aliment məsələsinə də toxunub. Qeyd edib ki, komitəyə müraciət edən qadınlar aliment ala bilməmələrindən şikayətlənirlər. O, problemdən çıxış yolu kimi Azərbaycanda da Aliment Fondunun yaradılmasını görür. Eləcə də təklif edir ki, aliment ödəməyən kişilərin ölkədən çıxışına qadağa qoyulsun.


Create Account



Log In Your Account