Jan 16 2019 17:55
Views: 332

Dövlət Miqrasiya Xidmətinin  əcnəbilər üçün dekabrın 15-dən yanvarın 15-dək keçirdiyi bir aylıq təbliğat-təşviqat kampaniyası başa çatıb. Əsas məqsəd ölkəyə gələn xarici vətəndaşların maarifləndirilməsidir. Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov CBC-yə müsahibəsində bildirib ki, xüsusilə əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı məlumatların yayılmasına diqqət yetirilib.

Kampaniya çərçivəsində ölkəyə daxil olan əcnəbilərin daha çox olduğu məkanlarda, sərhəd buraxılış məntəqələrində, restoranlarda, istirahət mərkəzlərində ümumilikdə 40 min flayer paylanılıb. Eyni zamanda Dövlət Miqrasiya Xidmətinin istifadəyə verdiyi MİGAZ mobil tətbiqinin də məqsədi xarici ölkə vətəndaşlarının innovativ üsullarla maarifləndirilməsini təmin etməkdir. Burada da ölkəyə gəlmək istəyən, eləcə də artıq ölkədə olan əcnəbilərə göstərilən xidmətlər barədə məlumatlar verilir, eləcə də  Dövlət Miqrasiya Xidmətinin Bakı və regional qurumlarının ünvanları, yeniliklər barədə operativ informasiyalar yerləşdirilib.

Xidmət sözçüsü deyir ki, ölkəyə gələn əcnəbinin qeydiyyatını mobil telefon üzərindən həyata keçirə bildiyindən bu da miqrasiya qanunvericiliyinin pozulması hallarının azalması ilə müşaiyət olunacaq. Gələcəkdə mobil tətbiqdə elektron xidmətlərin sayının artırılması nəzərdə tutulub.

Qeyd edək ki, yaxın gələcəkdə daimi yaşayış icazələrinin, iş icazələrinin alınmasının mobil tətbiq üzərindən həyata keçirilməsi üzərində iş aparılır.


Create Account



Log In Your Account