Aug 02 2019 19:34
Views: 229

Dövlət Məşğulluq Xidməti və “Enterprise Azerbaijan” portalı əməkdaşlıq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalının nümayəndələri, eləcə də portalda yeni innovativ layihələr təqdim edən gənclərlə  görüş olub.Görüşün əsas məqsədi gənc startapçıların daha çox uğur qazanması üçün Dövlət Məşğulluq Xidməti ilə Enterprise Azerbaijan portalının əməkdaşlığının dərinləşdirilməsidir. Müzakirə zamanı “Enterprise Azerbaijan” portalına daxil olan startap layihələri təqdim olunub. Bu layihələrin Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində dəstəklənməsi imkanları müzakirə edilib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev Xidmətin gənclərlə bağlı həyata keçirdiyi aktiv məşğulluq tədbirlərini diqqətə çatdırıb. O, özünüməşğulluq proqramı çərçivəsində ötən il 6 min ailənin mikro və kiçik biznesə başlaması üçün aktivlərlə təmin edildiyini, cari ildə bu sayın 10 minə çatdırılmasının nəzərdə tutulduğunu deyib. Start-upların bu işə daha da təkan verəcəyini qeyd edib. Iqtisadi İslahatların Təhlili və KOmmunikasiya Mərkəzinin department rəhbəri Ramil Hüseyn bildirib ki, Mərkəzin operatoru olduğu Enterprise Azerbaijan portalı Dövlət Məşğulluq Xidmətindən dəstək alan start-up layihəsinin məkan təminatını da öz üzərinə götürə bilər.

Müzakirədə iştirak edən startapçı gənclər fəaliyyət göstərdiyi sahələr və təqdim etdikləri layihələr barədə məlumat veriblər. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri startapçıları maraqlandıran sualları cavablandırıblar.


Create Account



Log In Your Account