Jun 04 2019 18:32
Views: 463

“İndiyədək 36 min sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlərin hesabına 166 minədək yeni iş yeri yaradılıb”.  Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda  deyib. Nazir qeyd edib ki, sahibkarların maliyyəyə çıxışının təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416 sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə vergi sahəsində də ciddi islahatlar aparılıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sahəsində islahatların davam etdirildiyini vurğulayıb.  Qeyd edib ki, 2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamaları üç dəfə azalıb. Bu ilin beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu sahədə yoxlamalar daha dörd dəfə azalıb və bir milyon vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda onlayn rejimdə işləyən kassaların tətbiqinə başlanacaq. Kassa aparatları Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq onlayn təsdiq olunacaq.  Əmək bazarının tənzimlənməsi, əmək münasibətlərinin inkişaf etdirilməsi, əmək resursları ilə yeni yaradılacaq iş yerləri arasında əlaqənin təmin edilməsi üçün Milli Observatoriyanın yaradılmasına da başlanılıb.


Create Account



Log In Your Account