Jul 19 2019 14:41
Views: 248

Müxtəlif dövlət qurumlarının, müəssisələrin rəhbər şəxsləri üçün “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramı çərçivəsində təlim  keçirilir. Təlimin açılışında çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov  təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bir müddət öncə Bakıda keçirilən BMT-nin Dövlət Xİdmətləri Forumunda dövlət sektorunda rəqəmsal transformasiyanın təşviqinə görə Azərbaycan hökumətinə xüsusi mükafat da verilib.

Təlimdə iştirakçılara Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşması, innovasiyalar və risk alma, innovasiya sistemləri və ölçülmələri, təşkilat daxilində sahibkarlıq mövzularında bilgilər verilib, müzakirələr aparılıb.Təlimdə iştirak edən  dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.  

Proqramın ikinci günü isə milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar  mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.


Create Account



Log In Your Account