Jun 13 2019 18:16
Views: 647

Dövlət Sərhəd Xidməti 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümü münasibətilə “Vətənə xidmət – andımız, amalımızdır!” şüar ilə möh­təşəm bay­raq yürüşü təşkil edib.   5 km 100 m uzunluqda Dövlət Bayra­ğını öndə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi Elçin Quliyev  “Milli Qurtuluş gü­nü” münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yii qоru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini qeyd edib.

Möhtəşəm bayraq yürüşü Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunan təd­birlər çərçivəsində keçirilib. Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksək­liyi ilə qarşılayıb.  Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi or­kes­tri və digər musiqi kollektivləri konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.


Create Account



Log In Your Account