Aug 10 2018 18:44
Views: 397

Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki döyüş təlimilərinə start verib. Təlimlərdə qurumun Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri iştirak edir.

Taktiki döyüş təlimlərində məqsəd Xəzər dənizində Azərbaycanın dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsidir. Qarşıya qoyulan əsas hədəflər Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili; dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi; sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi; gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması; raket-artilleriya qurğularından atışların keçirilməsi, Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınmasıdır.

Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında təlimə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələrin şəxsi heyətinə, Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib. Onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.


Create Account



Log In Your Account