Mar 26 2020 19:10
Views: 398

Bakıda dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, dezinfeksiya işlərinin aparılması üçün gücləndirilmiş iş rejiminə keçirilib. 

Paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir. Koronavirus pandemiyasının yayılmasının  qarşısını almaq məqsədilə parklar, uşaq meydançaları, inzibati binaların həyətlərində mütəmadi olaraq təmizlənir. İşlər Bakı şəhər İcra Hakimiyyəti nəzarəti altında aparılır. 

Səbayel Rayonunun ərazisində də parklar və yaşayış binalarının həyətləri Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tam təmizlənir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.


Create Account



Log In Your Account