Sep 06 2019 18:06
Views: 194

Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya iqtisadiyyatın bütün sahələrini əhatə edir. Komissiya 5 əsas beynəlxalq reytinq üzrə, o cümlədən Doing Business və rəqabətqabiliyyətlilik reytinqləri üzrə  ölkədə aparılan iqtisadi islahatlarla bağlı təşkilatlanmış yanaşmanı ortaya qoyur. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraci direktoru Vüsal Qasımlı Komissiyanın işçi qruplarının katibləri ilə ictimai birliklər və biznes assosiasiyalarının görüşü zamanı deyib. 
Bildirilib ki, Azərbaycanda dövlət-özəl dialoqu vətəndaş iştirakçılığını  təmin edir. Vətəndaş özü “azranking.az” platformasına müraciət edərək islahat prosesində iştirak etmək imkanı əldə edir. Portalda qanunvericlik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölmələri yer alıb. Burada Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlara baxmaq da mümkündür.
Biznes mühiti və beynelxalq reytinqlər üzrə komissiyanin katibliyinin rəhbəri Vüsal Şıxəliyev qeyd edib ki, biznes islahatları aparılarkən, proseslərdə iştirak edən sahibkarların, ictimai təşkilatların nümayəndələri ilə dialoq formasında müzakirə aparmaq və  təkmilləşdirilməli olan sahələri müəyyənləşdirmək prioritet istiqamətlərdən biridir.

 


Create Account



Log In Your Account