Dec 05 2019 14:09
Views: 193

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılmasını təklif edir. Bu təşəbbüsü kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclası zamanı irəli sürüb. Regional əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdıran İnam Kərimov belə bir mərkəzin yaradılmasının önəmini qeyd edib.
Nazir deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı regional əməkdaşlıq və həmrəyliyin vacib platformalarından biridir.  Üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
 ECO-nun baş katibi Yəhya Əxlaqi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan tam istifadə etməyə çağırıb. Qeyd olunub ki, bu potensial kifayət qədər böyükdür.
İclasın sonunda ECO regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi və iclasın hesabatı qəbul edilib. Bakı Bəyannaməsində üzv ölkələr arasında kənd təsərrüfatı və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması və digər məsələlər öz əksini tapıb. İclasdan sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüşlər keçirilib.


Create Account



Log In Your Account