Sep 14 2019 18:54
Views: 250

Beynəlxalq Sahilyanı Təmizlik Günü və çimərlik mövsümünün bitməsi ilə əlaqədar Buzovnada yerləşən ictimai çimərlikdə təmizlik aksiyası keçirilib. Əsas məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar çimərlikdən topladıqları tullantıları birgə çeşidləyərək ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Prosesi daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Aksiyada 400-dən artıq könüllü iştirak edib.  Bu il iştirakçı gənclərin sayı da artıb.
Çimərlikdən 3 tona yaxın tullantı toplanılıb.  Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 14-cü aksiyanın təşkilatçıları qismində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “Təmiz Şəhər” ASC və Bakı Nəqliyyat Agentliyi çıxış edib.


Create Account



Log In Your Account