Mar 06 2019 18:12
Views: 281

Azərbaycanda ekoturizmin inkişafını nəzərdə tutan konsepsiya hazırlanacaq. Bunu CBC-yə  müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət  ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycanda ekoturizm üçün əsas baza rolunu milli parklar oynayır.

Park ənənəsinin hələ 2000-ci illərdən başlandığını deyən Hikmət Əlizadə hər bir milli parkın özünün xüsusiyyətlərinin, fərqli fauna və florasının mövcud olduğunu  bildirib. Hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir və ekoturizmin inkişaf etdirilməsi üçün böyük potensial var. Yeni konsepsiyada bu potensialdan daha yaxşı istifadə nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, Xəzər dənizi və çimərliklər, Azərbaycanın füsunkar təbiəti, palçıq vulkanları, sıx meşələri,  milli parkları, dövlət təbiət qoruğu və 20 xüsusi mühafizə olunan zonası ekoturizmin inkişafı üçün böyük imkanlar açır.  Son illər Azərbaycana üz tutan xarici turistlərin ucqar ərazilərə, mənzərəli yerlərə səyahət etmək, meşələrdə gecələmək və dağlara çıxmaq istəklərinin artması müşahidə olunur. Ona görə də turizmin bu növünün ekoloji və iqtisadi baxımdan sərfəli, macəra axtaranlar üçün isə  maraqlı olduğu düşünülür.


Create Account



Log In Your Account