Apr 05 2019 18:34
Views: 265

Azərbaycanda ekoturizmin inkişafı üçün böyük potensial var. Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində təşkil olunan “Səyyahlarla dünya turu” panelində çıxış edən səyahət bloggeri İradə Qədirova bu fikirdədir. “Ekoturizm- Azərbaycanda turizmin yeni istiqaməti kimi” mövzusunda təqdimat edən blogger hesab edir ki, bu turizm istiqaməti yeni olsa da, tarixən mövcud olmuş iqlim şəraiti, təbii zənginlik ekoturizmin inkişafı üçün zəmin yaradır. Bu bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinin də yaxşılaşmasına təsir edəcəyindən ilk növbədə yerli turistlərin bu yerləri kəşf etməsində fayda var.

Blogger ilk növbədə xarici təcrübədən yararlanmağın önəmli olduğunu düşünür. Son illər Azərbaycana səyahət edən turistlərin də təlabatının artması ekoturizmin inkişafını zəruri edir. 4-5 il əvvəl yeni formalaşan ekoturizmin inkişafını izləyən səyahət bloggeri daha çox əcnəbilərin maraqlandıran məqamlara toxunub. Bildirib ki, onlar daha çox qalmaq üçün məkanlar axtarır. 

Səyahət blogger Fərid Novruzi səyahətlər zamanı ekoturizmin inkişaf etdiyi ölkələri seçməyə üstünlük verir. O da hesab edir ki, Azərbaycanda bu turizm istiqamətinin inkişafı üçün xarici təcrübədən yararlanmaqda fayda var.


Create Account



Log In Your Account