Mar 10 2018 18:27
Views: 1543

Tamaşaçıların personajın taleyini dəyişmək haqqı var. Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Eyni günəş altında” adlı eksperimental tamaşanın rejissoru Karina Çepman Klark belə hesab edir. Rejissor tamaşada Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə, gənclərə geniş yer verib.
Pyesdə əsas rol fiziki məhdudiyyətli aktyor Murad Məmmədova həvalə olunub. Amma fiziki imkanlarının məhdud olması ona çox sayda insanın sevgisini qazanmağa mane olmayıb. Murad həm də məşhur internet bloggerdir. O, sosial şəbəkələrdə video-təlimlər keçərək əlilləri cəmiyyətə inteqrasiyaya çağırır.
İngiltərəli rejissor Karina Çepman Klark tamaşaçı qarşısına çıxmazdan əvvəl aktyorlarla xüsusi meditasiya seansı keçirir. Bununla gənc aktyorların həyəcanını atmasına kömək edir.
Tamaşanın süjet xəttinin əsasını Murad Məmmədovun gerçək həyat hekayəsi təşkil edir. Doğulduğu zaman həkimlər onun valideynlərinə uşaqdan imtina etməyi məsləhət görüblər. Amma onlar övladlarını atmır və onun qayğısına qalır. Ətrafdakılar isə heç də hər zaman Muradı olduğu kimi qəbul etmir. Tamaşa da Muradın bu maneələri aşması haqqındadır. Səhnə əsərində bütün auditoriya, tamaşaya dəvət olunan və Muradla oxşar problemləri yaşayan əlillər də iştirak ediblər.


Create Account



Log In Your Account