Nov 30 2019 20:12
Views: 200

TANAP layihəsi Avropa Birliyinin 17 illik xəyalının gerçəkləşməsi deməkdir. Bunu CBC-yə açıqlamasında Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin rəhbəri, Türkiyənin Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu deyib. Bildirib ki, Avropa Birliyi alternativ qaz mənbəyi axtarışı ilə hələ 2002-ci ildən Nabukko təşəbbüsünü irəli sürsə də, bu layihə reallaşmadı. Sonda Azərbaycan və Türkiyə rəhbərliyi təşəbbüsü öz üzərinə götürərək TANAP layihəsini həyata keçirdi. Bununla rəsmi Bakı və Ankara həm də Avropanın enerji təhlükəsizliyinə töhfə vermiş oldu.


Create Account



Log In Your Account