Jan 23 2019 15:25
Views: 320

Hər il  dünyanın  bir çox ölkələrindən dövlət və hökumət başçıları, yüksək vəzifəli biznesmenlər, İsveçin Davos şəhərinə yığışır. Məqsəd  qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsidir. Davos İqtisadi Forumu adı ilə tanınan bu toplantı müzakirələr üçün ideal platforma sayılır.Çünki burada iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqlar və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühit yaradılır. Azərbaycanın  hər il iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilməsi  Azərbaycanı bu forumda əsas ölkələrdən birinə çevrib. Davos İqtisadi Forumunun  əsas özəlliklərindən biri  şirkətlərin   maraqlandıqları ölkələr haqqında   birbaşa  liderlərdən məlumat almaq imkanının yaratmasıdır.

Davos İqtisadi Forumu eyni zamanda  ölkələrin  makro iqtisadi göstəricələrinin,biznes mühütünün imkanlarına görə  indikator rolunu oynayır. Artıq bir çox ölkələr məhz Davos İqtisadi Forumunun iqtisadi inkişaf göstəricilərinə  görə  ölkələri  qiymətləndirməyə, buna əsasən investisiya yatırmağa başlayır.Təsadüfü deyil ki Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Eyni zamanda dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci, yol infrastrukturunun keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Bütün bunlar isə  ölkəyə  marağın artması ilə yanaşı yeni investorları da cəlb edir. Bütün bu göstəricilərin nəticəsində ötən il ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə yatırılıb.

Bu Azərbaycanın Davos İqtisadi Forumunda 12-ci iştirakıdır. Bir neçə gün davam edən sessiyalarda  olan məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndiriləcək.


Create Account



Log In Your Account